Preziden Ərdoğan: “Mǝşqulluq  sǝfǝrbǝrliyi başlatdıq”

Prezident Rəcəb Tayyib Ərdoğan, Türk bayrağının əleyhində fəaliyyət edənlərə cavab vermək və prezident rejiminə 'bəli' demək üçün yola çıxdıqlarını qeyd edib.

667253
Preziden Ərdoğan: “Mǝşqulluq  sǝfǝrbǝrliyi başlatdıq”

Prezident Ərdoğan, Türkiyə Palatalar və birjalar Birliyinin (TOBB) İqtisadiyyat Şurasında etdiyi çıxışında: Terror təşkilatı PKK-nın İraqın şimalındakı düşərgəsindəkilərlə əməkdaşlıq edənlərə, onlarla əl-ələ verərək bu ölkənin əmin-amanlığına zərbə endirmək istəyənlərə lazımlı cavabı vermək üçün prezident rejiminə keçilməsi qərarına gəlindiyini, bu səbəbdən konstitusiyaya dəyişiklik ilə bağlı cəhdləri müqəddəs addım qəbul etdiyini, xalqın da referanduma çıxarılacaq bu qərara dəstək verəcəyinə inandığını qeyd edib. Türkiyənin terrora qarşı mübarizəsinin davam edəcəyini də ifadə edən prezident Ərdoğan: “Yaşadıqlarımız və ortaya çıxan həqiqətlər göstərir ki, fəto, DEAŞ, PKK kimi terror təşkilatlarının kökünü kəsənə qədər, təhlükə davam edir” deyib.

İqtisadiyyata də toxunan prezident, işsizlik nisbətlərini aşağı endirmənin əhəmiyyətinə diqqət çəkib. Türkiyə palatalar və Birjalar Birliyinin üzvləri nəzdində yeni məşğulluq səfərbərliyi başlatdıqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr