İki gündə üç zəlzələ

Bu səhər sübh saat 5.24-də yenə 5,2 gücündə zəlzələ baş verib.

666585
İki gündə üç zəlzələ

  Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində Rihter cədvəlilə 5,3 gücündə iki zəlzələ olub, 5 nəfər yaralanıb, 12 kənddə isə 300 ev ziyan çəkib.

  Birincisi 6 fevral tarixi səhər saat 06.50-də, ikincisi isə günorta 13.58-də baş verən 5,3 gücündə iki zəlzələdən sonra bir neçə sarsıntı da qeydə alınıb.

  Türkiyə “Qırmızı Aypara” və Fövqəladə və Təcili Yardım Rəhbərliyi qrupları bölgəyə sövq edilib.

  Çanaqqala Valiliyində təcili zəlzələ mərkəzi yaradılıb.

  Türkiyə “Qırmızı Aypara” təşkilatının sədri Kerem Kınık təcili çadır şəhərcik və mobil mətbəx qurulduğunu söyləyib.

  Zəlzələnin ən çox təsir etdiyi yer Yukarıköy olub.

  Hadisəylə əlaqədar Ayvacık qəsəbəsi və kəndlərində məktəblərə bir gün fasilə verilib.

  Bu səhər sübh saat 5.24-də yenə 5,2 gücündə zəlzələ olub.



Әlaqәli Xәbәrlәr