Binəli Yıldırım media nümayəndələri ilə görüşdü

Türkiyənin baş naziri Binəli Yıldırım referendum tarixini media nümayəndələrinə Ədalət və İnkişaf Partiyasının Mərkəzində açıqladı.

664344
Binəli Yıldırım media nümayəndələri ilə görüşdü

Türkiyə Böyük Millət Məclisində qəbul edilən Konstitusiya dəyişikliyi qanunu prezidentə göndərildi.

 Artıq xalq səsverməsi üçün günlər sayılır.

 Türkiyənin baş naziri Binəli Yıldırım referendum tarixini media nümayəndələrinə Ədalət və İnkişaf Partiyasının Mərkəzində açıqladı.

 9, və ya 16 aprel tarixlərini söyləyən Yıldırım referendumun may ayına qədər keçirələciyini bildirdi.

 Baş nazir Yunanıstanın 8 FETÖ-cünün Türkiyəyə ekstradisiya etməməsindən də danışaraq Yunanıstanın baş naziri Aleksis Çiprasa qərarın təkrar dəyərləndirilməsi üçün məktub göndərdiyini dedi.

 Yıldırım Yunanıstanın müdafiə naziri Panos Kammenosun Kardak qayalıqlarının yerləşdiyi bölgəyə helikopterlə əklil qoymasını xatırladılaraq: "Yunanıstan sanki bilərək gərginliyi artırır" dedi.

 "İki ölkə münasibətlərində inkişaf olacaqmı?" sualına cavab olaraq isə baş nazir Yunanıstanın Türkiyənin qonşusu olduğunu, insanın qonşusunu seçə bilmədiyini qeyd etdi və: "Biz problemləri daim ön plana çıxararaq konstruktiv qonşuluq əlaqəsi qura bilmərik. Problemləri deyil, ortaq gələcəyi, ortaq mənfəətləri düşünmək və danışmaq lazımdır. Amma Türkiyəyə  düşmən mövqeyə qarşı Türkiyənin hər zaman verəcək cavabı  vardır"  deyə danışdı.

 Baş nazir Türkiyənin Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyindən gözləntilərini də dilə gətirərək:  "Əvvəla, qarşılıqlı əhdlərə sədaqət nümayiş etdirərək,15 iyul alçaq çevriliş cəhdinin  terrorçu başçısını ekstradisiya etmələrini gözləyirik. İkinci gözləntimiz Orta Şərqdə, xüsusilə, Suriyada DEAŞ-ın məhv edilməsi və digər terror təşkilatları ilə mübarizə məsələsində keçmiş hökumətlərin səhvlərinin düzəldilməsidir. Üçüncü məsələ də,  türk cəmiyyətinin ABŞ barəsindəki rəyidir. Təəssüf ki, bu rəy bu gün müsbət səviyyədə deyil.  Bu iki hadisədən sonra ABŞ barəsindəki ictimai rəy dəyişdi. Yeni ABŞ rəhbərliyi bu rəyin düzəldilməsi istiqamətində də bəzi konkret addımlar atmalıdır".

 Baş nazir Yıldırım məsələyə müsbət münasimət istiqamətində işarələrin alındığını da sözlərinə əlavə etdi.

 

 

 



Әlaqәli Xәbәrlәr