Kanadanın dincliyini pozan hücum

Türkiyə Kanadanın Quebec əyalətində məscid olaraq da istifadə olunan, Quebec Siti (City) İslam Mədəniyyət Mərkəzinə təşkil edilən terror hücumunu kəskin şəkildə qınayıb.

662061
Kanadanın dincliyini pozan hücum

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir:

  “Müqəddəs bir məkanda ibadət edən günahsız insanları hədəfə alan hücumda həyatını itirən insanlar üçün Allahdan rəhmət, yaralananlara isə şəfalar diləyirik. İnanırıq ki, Kanada hökuməti İslamofobiya söz və hərəkətlərinin sürətlə artdığı bir zamanda törədilən bu hücumun mahiyyətilə bağlı istintaqı lazımi səviyyədə və ciddi şəkildə aparacaq. Müxtəlif irq və dinə mənsub insanlarn sülh içində bir yerdə yaşadığı Kanadanın dincliyini hədəfə alan bu mənfur hücum qarşısında Türkiyə dost və müttəfiq Kanada ilə tam bir həmrəylik içərisindədir."



Әlaqәli Xәbәrlәr