“Fərat Qalxanı” əməliyyatında daha 20 terrorçu məhv edildi

Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli davam edən “Fərat Qalxanı” əməliyyatının 160-cı günündə terror təşkilatı DEAŞ mənsubu 20 terrorcu zərərsizləşdirilib.

661510
“Fərat Qalxanı” əməliyyatında daha 20 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli davam edən “Fərat Qalxanı” əməliyyatının 160-cı günündə terror təşkilatı DEAŞ mənsubu 20 terrorcu zərərsizləşdirilib.

TSQ tərəfindən verilən məlumata əsasən, DEAŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidi aradan qaldıraraq, sərhəd məntəqəsində təhlükəsizliyi gücləndirmək və koalisiya qüvvələrinə dəstək vermək üçün Suriyanın şimalına istiqamətli 2016-cı il avqustun 24-də başlanılan əməliyyat davam etdirilir.

Əməliyyatın 160-cı günündə terror təşkilatı DEAŞ-a məxsus 184 hədəf vurularaq, terrorçu qrupların fəaliyyətlərinə nəzarət artırılıb.

Türkiyə Hava Qüvvələrinə məxsus qırıcılarla Əl Bab, Tadif və Bzagah bölgələrinə istiqamətli həyata keçirilən hava əməliyyatında terror təşkilatı DEAŞ-a məxsus 20 bina, 1 silah-sursat anbarı, 2 müdafiə mövqeyi məhv edilib. Əməliyyat zamanı 20 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar çərçivəsində ayrıca əl istehsalı olan 76 partlayıcı məhv edilib. Əməliyyatlarda dinc vətəndaşların zərər görməməsi üçün bütün tədbirlər görülür.



Әlaqәli Xәbәrlәr