İbrahim Kalından BBC müxbirinə sərt reaksiya
BBC müxbiri Laura Kuenssbergin Türkiyə Prezident Kompleksi ilə bağlı sosial mediada bölüşdüyü fotoya prezidentin sözçüsü İbrahim Kalın sərt reaksiya verdi.
BBC müxbiri Laura Kuenssbergin Türkiyə Prezident Kompleksi ilə bağlı sosial mediada bölüşdüyü fotoya prezidentin sözçüsü İbrahim Kalın sərt reaksiya verdi.
Kalın Prezident Kompleksində həddən artıq qızıl olduğu iddiasını sosial mediada bölüşən ingilis jurnalistinə Twitter hesabından cavab verdi.
Kalın:"BBC müxbiri Kuenssberg Prezident Kompleksində qızıl olduğuna dair bir sıra yalan deyir. Bunların heç biri qızıl deyil. Etdikləri yalnız jurnalistliyinin aşağı keyfiyyətinin göstəricisidir" yazdı.
Qeyd edək ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İngiltərənin baş naziri Theresa Maylə birgə Prezident Kompleksində keçirdiyi mətbuat konfransında iştirak edən BBC müxbiri Laura Kuenssberg "Twitter"də fotoşəkil paylaşmış və: "Ərdoğanın sarayındayam, çox qızıl var" yazmışdı.