Binəli Yıldırım və Theresa May birgə mətbuat konfransı keçirdilər

Türkiyənin baş naziri  Binəli Yıldırım İngiltərənin baş naziri Therasa Mayi Çankaya Köşkündə rəsmi mərasimlə qarşıladı.

661060
Binəli Yıldırım və Theresa May birgə mətbuat konfransı keçirdilər

Türkiyənin baş naziri  Binəli Yıldırım İngiltərə və Türkiyənin yeni bir döyüş təyyarəsi istehsalı ilə bağlı layihə üzərində işləyəcəklərini dedi.

 Yıldırım dünən Ankaraya rəsmi səfərlə gələn İngiltərənin baş naziri Therasa Mayi Çankaya Köşkündə rəsmi mərasimlə qarşıladı.

  Təkbətək və heyətlərarası görüşlərlərdən sonra birgə mətbuat konfransında danışan Binəli Yıldırım müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da irəliləməsi  üçün Milli  Döyüş Təyyarəsi Layihəsi ilə bağlı Türk Aviasiya və Kosmik Sənayesi  A.S. (TAI) ilə İngiltərənin  müdafiə nəhəngi BAE Systems arasında müqavilə imzalandığını bildirdi.

  Milli Döyüş Təyyarəsi  Layihəsinin (TF-X) Türkiyə Respublikası hökuməti və Birləşmiş Krallıq hökumətinin dəstəklədiyi əhəmiyyətli bir layihə olduğunu bildirən Yıldırım layihənin, müdafiə sahəsində hər iki ölkəni daha da gücləndirəcəyinə diqqət çəkdi.

 Türkiyənin baş naziri günümüzdə terrorun ən əsas təhlükələrdən  biri olduğunu vurğuladı və: "15 İyul dövlət çevrilişi cəhdinin əsas aktyoru olan Fətullah Gülən Terror Təşkilatının bütün dünyada olduğu kimi İngiltərədə də məlum olan fəaliyyətləri vardır. Bu cinayətkar təşkilatın fəaliyyətinin hüquqi  çərçivədə dayandırılmasını da hörmətli  baş nazirdən tələb etdik" deyə danışdı.

 Kıbrıs (Kipr) məsələsi barəsində də fikir mübadiləsi apardıqlarını bildirən Yıldırım: "Kıbrısda (Kipr) uzunmüddətli həll üçün hər iki tərəfin gözləntilərini qarşılayan, ədalətli bir nəticə əldə olunmalıdır. Bu məsələdə təminatçı dövlətlər kimi Birləşmiş Krallıq və Türkiyə razı qalacaq " ifadəsini işlətdi.

  Bölgədə, Suriyada, İraqda hakimiyyət boşluğundan qaynaqlanan terror fəaliyyətlərinə qarşı da əməkdaşlığın vacibliyinə işarə edən baş nazir Türkiyənin bu məsələdə boynuna aldığı məsuliyyətə bütün ölkələrin qüvvələrinin ortaq olmasının lazım olduğunu söylədi.

 Yıldırım Britaniyanın Aİ-dən  xalq səsverməsi yolu ilə çıxmaq qərarı aldığını xatırladaraq: "Türkiyə-İngiltərə münasibətlərinin də  müstəqil şəkildə  inkişafı istiqamətində işlərin başlanılmasına qərar verdik" deyə danışdı.

  Görüşlərdə İngiltərə baş naziri Theresa Mayin hökumətə olan dəstəyini bir daha dilə gətirdiyini ifadə edən Yıldırım sözünə belə davam etdi: " Bu dəstək, birinci olaraq 15 iyulda ölkəmizdə yaşadığımız xain dövlət çevrilişi cəhdindən dərhal sonra Birləşmiş Krallığın açıq bir şəkildə Türkiyədə demokratiyanın, milli iradənin yanında olduğunu ortaya qoyduğu davranışdır".

 ABŞ prezidenti Donald Trumpın miqrantların ölkəyə girişini qadağan etməsilə bağlı verilən suala Türkiyə baş naziri miqrant probleminin divar hörməklə həll edilə bilinməyəcəyini vurğulayaraq: "Problemlərin üzərinə getmək lazımdır, onları böyümədən həll etmək lazımdır" dedi.

Bu gün yeni bir strateji tərəfdaşlıq başladıqlarını dilə gətirən İngiltərə baş naziri  Theresa May də, bu tərəfdaşlığın kəşfiyyat məlumatlarının mübadiləsi, hava məkanında  və ölkə daxilində təhlükəsizliyin təmin olunması məsələlərində faydalı olacağını dilə gətirdi.

  May: "Bu tərəfdaşlığın Türkiyəyə faydası olacaqdır. Çünki Türkiyə getdikcə artan terror hücumlarının yaratdığı təhdid altındadır. Bunu unutmayaq ki, son 18 ayda Türkiyənin 1500-dən çox təhlükəsizlik qüvvələri əməkdaşı və əsgəri öldürüldü" dedi.



Әlaqәli Xәbәrlәr