Türkiyəyə gəlməyə qorxudurlar, amma …

Mətbuata qapalı reallaşan görüşdə Lohan tərəfindən Türkiyə başçısı və həyat yoldaşına "Dünya 5-dən böyükdür" nişanı təqdim olunub.

660830
Türkiyəyə gəlməyə qorxudurlar, amma …

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Ankarada Cümhubaşkanlığı Sarayında amerikalı məşhur aktrisa Lindsey Lohan və Suriyanın Şərqi Hələb bölgəsindəki qırğını anasıyla birlikdə dünyaya ictimai media üzərindən paylaşan 7 yaşlı Bana Abedi qəbul edib.

  Mətbuata qapalı reallaşan görüşdə Lohan tərəfindən Türkiyə başçısı və həyat yoldaşına "Dünya 5-dən böyükdür" nişanı təqdim olunub.  

  Bundan əvvəl İstanbulun Sultanbəyli rayonunda yaşayan suriyalı ailəyə baş çəkərkən də Lohan Türkiyənin suriyalı qaçqınlara ev sahibliyi etmə mənasında böyük işə imza atdığını dilə gətirmişdi. İndiki görüşündə də o sözləri təsdiqləyərək Rəcəb Tayyib Ərdoğana dedi: "Sizin “Dünya 5-dən böyükdür” cümlənizi qalın hərflərlə qeyd etmişdim. Dünyada bir çox ölkənin edə bilmədiyini Türkiyə etdi. 5 böyük ölkə söz verdi, amma sözlərini tutmadı. Verilən yanlış informasiyalara görə Türkiyəyə gəlməyə qorxanlar olur, amma mən özümü burada çox rahat hiss edirəm.''



Әlaqәli Xәbәrlәr