“Suriyada siyasi həll yolundan tərəfik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada siyasi həll yolundan tərəf olduqlarını bildirib.

658423
“Suriyada siyasi həll yolundan tərəfik”

Qazaxıstanın paytaxtı Astanadakı Suriya görüşlərinə dair Mozambikdə açıqlama verən Çavuşoğlu deyib ki, zirvə uğurla yekunlaşdı, üçtərəfli mexanizm qurulacaq. Danışıqların yekununda Türkiyə, Rusiya və İran olaraq birgə bəyannamə yayımladıq. Burada Moskvada olduğu kimi  daha əvvəl Suriyanın birliyi və torpaq bütövlüyü vurğulandı. Ən yaxşı həll yolunun yəni yeganə altərnativin siyasi yol olduğu ifadə ədildi.

Mövlud Çavuşoğlu onu da bildirib ki, atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər hansı pozuntuya yol verilməməsi kimi məsələlərlə əlaqəli olaraq üçtərəfli mexanizm qurulması qərara alındı. Bundan sonrakı prosesdə İranın da daha fəal şəkildə yer alması atəşkəsin gələcəyi üçün önəmlidir. Nəticədə iki günlük səylərimiz nəticəsində Astana danıqışları uğurla yekunlaşdı.

Qeyd edək ki, Suriya danıqışlarının ikinci günündə Türkiyə, Rusiya və İran atəşkəs pozuntularına üçtərəfli ortaq mexanizmlə nəzarət etmə və tətbiqinə imkan yaradılması mövzusunda razılaşmışdı.



Әlaqәli Xәbәrlәr