“Astanada ciddi nailiyyət əldə edildi”

Baş nazir Binali Yıldırım, Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarında ciddi nailiyyət əldə edildiyini söyləyib.

658845
“Astanada ciddi nailiyyət əldə edildi”

Baş nazir Binali Yıldırım, Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarında ciddi nailiyyət əldə edildiyini söyləyib.

Ədalət və İnkişaf Partiyasının vilayətlərdəki başçılarının konfransında dçıxış edən Yıldırım deyib ki, Türkiyənin bölgənin təminatı olduğunu vurğulayaraq, işə qonşularla başladıq. Rusiya ilə münasibətlərimizi normallaşdırdıq. İsrail ilə eləcə. Suriyada atəşkəsin təmin edilməsi üçün Rusiya və İranla addım atdıq. Astanada zirvə təşkil etdik. Üç ölkə razılaşdı. BMT bu işə cəlb edildi. Bundan sonra da siyasi həll yolu üçün işlər görüldü. Ciddi bir nailiyyət əldə edildi. İraqa səfər etdik, 'qonşuyuq, bir-birimizə ehtiyacımız var' dedik. Bu səbəbdən İraq ilə də Başika, Mosul, PKK ilə mübarizə başda olmaqla vəziyyəti dəyərləndirdik.

“Bu addımların atılmasından sonra Türkiyənin bölgədəki fəallığı də artdı. Bir il əvvəl Suriyada Türkiyəni nəzərdə tutmayanlar indi Türkiyənin dediyini edirlər. Millətimizin bu gücü Rəcəb Tayyib Ərdoğanın gücündən gəlir.

Baş nazir Suriyada sülhün təmin edilməsi, terror təşkilatlarının təmizlənməsi üçün avqustun 24-də başlanılan “Fərat Qalxanı” əməliyyatı ilə terror təşkilatı PKK-nın Suriyadakı davamıPYD-yə, DEAŞ-a qarşı amansız mübarizə aparan Türkiyənin Azad Suriya Ordusuna da dəstək verdiyini söyləyib.

Baş nazir Konstitusiya dəyişikliyi barədə isə Türkiyə Böyük Millət Məclisinin qərarını verdiyini və fəaliyyətləri nailiyyətlə tamamladığını bildirərək deyib ki, referendumun aprel ayının ilk yarımında, 20-dək uyğun tarixdə keçiriləcəyi ehtimal olunur.

Bu həftə dəqiq tarixin açıqlanacağını qeyd edən Yıldırım onu da vurğulayıb ki, konstitusiyaya dəyişiklik dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiqi üçün təqdim olundu. Qanuna görə, “təsdiqlənib “Rəsmi gazeta”da dərc ediləndən sonra 60 günü izləyən ilk bazar günü referendum keçirilir”.



Әlaqәli Xәbәrlәr