Ərdoğanın Şərqi Afrika səfərinin ikinci dayanacağı Mozambikdir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Mozambik Biznes Forumunda iştirak edəcək.

657646
Ərdoğanın Şərqi Afrika səfərinin ikinci dayanacağı Mozambikdir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Afrika səfərinin ikinci dayanacağı Mozambikdir
 
 Prezident Ərdoğan ilk növbədə, paytaxt  Maputada Qəhrəmanlar memorialına əklil qoyacaq.
 
 Mozambik prezidenti Filipe Jacinto Nyusi ilə təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
 
 Görüşdə ikitərəfli münasibətlərin və ticari əlaqələrin inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.
 
Fətullahçı Terror Təşkilatı (FETÖ)  ilə mübarizə məsələsi də müzakirə olunacaq məsələlər arasında olacaq.
 Türkiyə prezidenti son olaraq Türkiyə-Mozambik Biznes Forumunda iştirak edəcək.

 Ərdoğanın Afrika səfəri çərçivəsindəki Mozambik səfəri ölkədə yaşayan müsəlmanlar tərəfindən razılıqla qarşılandı.
 
  Türkiyə prezidentinin rəsmi səfərinə böyük maraq göstərən mozambiklilər bu səfərin iki ölkə münasibətlərini inkişaf etdirəcəyinə və cəmiyyətlər arasındakı həmrəyliyi daha da artıracağına inanırlar.



Әlaqәli Xәbәrlәr