Ərdoğan Tanzaniya Biznes Forumunda çıxış etdi

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) yalnız Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün təhlükəli olduğunu bildirdi.

657639
Ərdoğan Tanzaniya Biznes Forumunda çıxış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tanzaniya Biznes Forumunda çıxış etdi.
 
 Türkiyənin 15 iyulda FETÖ tərəfindən iyrənc bir çevriliş cəhdinə məruz qaldığını bildirən Ərdoğan: "Təəssüf ki, bu təşkilat humanitar yardım, təhsil, ticarət kimi anlayışların arxasında gizlənərək dünyanın müxtəlif bölgələrində təsirli ola bilib. Bu hiyləgər terror təşkilatının Tanzaniyaya da gəlib çıxdığını bilirik" dedi.

Hazırda dünyanın ən böyük bəlasının terror olduğunu, terrora qarşı birgə mübarizənin zəruriliyini vurğulayan Ərdoğan:"Bunlar 248 vətəndaşımızı  F-16 təyyarələri ilə, helikopterlər, tanklar, toplar, müasir silahlarla vurdular, 2 min 193 vətəndaşımızı yaralayaraq şəhid etdilər. Ona görə də, inanıram ki, Tanzaniya bundan sonra bu terror təşkilatına qarşı daha fərqli tədbirlər görəcəkdir" ifadələrini işlətdi.
 
 Türklərin Afrikadakı min illik tarixində heç vaxt müstəmləkəçilik ləkəsi olmadığını bildirən Ərdoğan: "Tarixdə üç qitəyə yayılan dövlətlər quran əcdadımız nə burada, nə də digər bölgələrdə qətiyyən imperialist məqsədlərlə hərəkət etməyiblər. Türk millətinin Afrikaya marağı mənafeyə deyil, könül tellərinə söykənir" dedi.
 
 Birləşmiş Millətlər Təşkilatının strukturunu bir daha tənqid edən Ərdoğan: "Gəlin bütün dünya birləşək və "dünya beşdən böyükdür" deyərək BMT-nin 193 üzvü arasında hər kəs, Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri arasında yerini alsın və hamı təmsil səlahiyyətinə malik olsun. Müvəqqəti üzvlər, daimi üzvlər kimi ayrı-seçkilik aradan qalxsın. İki il 20 üzv vəzifə başında olsun. Sonra 10 üzvün yerinə digər 10 üzv gələrək işə davam etsin. Bunu etməyə məcburuq. Bunu etdiyimiz anda  dünyanın taleyinin daha fərqli şəkildə dəyişəcəyini görəcəksiniz" şəklində danışdı.
 
 Tanzaniya Prezidenti John Pombe Joseph Magufuli və xanımı Janeth Magufuli prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi şam yeməyi verdilər.
 
 Prezident Sarayındakı ziyafətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və xanımı Nigar Hülya Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkci və həyat yoldaşı Ayşə Zeybəkci, enerji və təbii qaynaqlar naziri Berat Albayrak da iştirak etdilər.
 
 Rəsmi şam yeməyi mətbuata qapalı oldu.



Әlaqәli Xәbәrlәr