“Prezidentin Mozambik səfəri, iki ölkǝ arasındakı ǝlaqǝlǝrǝ töhfə verǝcǝk”

Türkiyənin Maputu səfiri Zeynep Kızıltan, prezident Rəcəb Tayyib ərdoğanın Mozambikǝ reallaşdıracağı sǝfǝrin iki ölkə əlaqələrinin inkişafı baxımında ǝhǝmiyyǝt kǝsb etdiyini bildirib.

657393
“Prezidentin Mozambik səfəri, iki ölkǝ arasındakı ǝlaqǝlǝrǝ töhfə verǝcǝk”

Maputu Səfiri Kızıltan, prezident ərdoğanın iki gün davam edǝcǝk Mozambikǝ sǝfǝri ǝvvǝlindǝ verdiyi açıqlamada: “Türkiyə, Afrika Tərəfdaşlığı siyasəti çərçivəsində qitədəki ölkələrlə ikitərəfli münasibǝtlǝrin və ǝmǝkdaşlığın inkişaf etdirilməsinə üstünlük verir. Bu çərçivədə son dövrdə Mozambik ilǝ də ǝlaqǝr irǝli pillǝlǝrǝ qaldırılır. Mozambik, xüsusilə ticarət, kənd təsərrüfatı, investisiya, enerji, turizm kimi sahələrdə güçlü ǝmǝkdaşlıq potensiala sahib ölkǝ hesab edilir. əlaqələrin diversifikasiyası və inkişaf etdirilməsi istiqamətində iki ölkədə güclü siyasi iradə mövcutdur. Mozambik, xüsusilə prioritet inkişaf və investisiya sahələri olaraq müǝyyǝn etdiyi enerji, kənd təsərrüfatı, turizm və infrastruktur sektorlarında Türkiyǝ ilǝ əməkdaşlığı irǝli pillǝlǝrǝ qaldırmaq sǝyindǝdir. Hǝmçinin təhsil, mədəniyyət və səhiyyə kimi sahələrdə də ǝmǝkdaşlığın inkişaf etdirilməsini istǝyir. Biz dǝ Türkiyə olaraq ölkǝnin prioritetlərini paylaşırıq. Mozambik, Türkiyədə hǝr ötǝn gün daha çox tanınır. Bunda iki ölkə iş adamlarını bir araya gǝtirǝn təşkilatların da böyük tǝsiri var. Qarşıdakı hǝftǝ iki ölkǝ iş adamları forumunun keçirilmǝsi, Mart ayında bir Türk heyǝtinin paytaxt Maputuda sǝfǝrdǝ olması planlaşdırılır. Atılan bu addımlar iş adamlarımızın Mozambikǝ marağını  artıracaq. Ölkǝdǝ Türk sǝrmayǝsinin daha da artmasına gǝtirib çıxaracaq” deyǝ vurğulayıb.

Fǝtullahçi terror təşkilatı (fǝto)-nun Mozambikdǝki fəaliyyətləri ilǝ ǝlaqǝli ölkə orqanlarına lazımlı mǝlumatları verǝrǝk onları xǝbǝrdar etdiklǝrini ifadǝ edǝn Türkiyǝnin Maputu səfiri Kızıltan, ölkǝdǝ fǝto məktəbləri, şirkətləri və dərnəklərin olduğunu bilirik. Bu barǝdǝ 17-25 dekabr prosesi və 15 iyul xain çevriliş cəhdindǝn sonra, Mozambik rǝsmilǝrinǝ lazımlı məlumatları çatdırdıq. Fǝto ilǝ hǝr cür ǝmǝkdaşlığa vǝ onların ölkədəki fəaliyyətlərinə son qoymalarını istǝdik. Türkiyə və Mozambik arasındakı əlaqələr və ǝmǝkdaşlıq hər sahədə sürətlə inkişaf edir. Buna görǝ Mozambik mövqelərinin fǝto mövzusunda lazımlı addımları atacaqlarına inanıram deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr