Ötәn hәftә terror tәşkilatı PKK-ya qarşı 228 әmәliyyat keçirilib

Bu barәdә Türkiyә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

657447
Ötәn hәftә terror tәşkilatı PKK-ya qarşı 228 әmәliyyat keçirilib

Terror  təşkilatlarıyla mübarizə çərçivəsində Türkiyə daxilində son  bir  həftə әrzindә  keçirilən  əməliyyatlar  nәticәsindә  21 terrorçu mәhv edilib.

Türkiyә Daxili İşlәr Nazirliyindәn terror tәşkilatlarına qarşı  aparılan әmәliyyatlar ilә bağlı  verilәn  mәlumatda, ölkә daxilindә ötәn hәftә  tәhlükәsizlik qüvvәlәrinin  separatçı terror tәşkilatı  PKK-ya qarşı 228 әmәliyyat keçirdiyi bildirilir.

Təşkilata yardım etdikləri iddiası ilə saxlanılan 372 şübhəlidәn 36-sı həbs olunub.

Sol tәmayüllü   terror təşkilatları ilә  mübarizə çərçivəsində biri  ölü olmaqla iki terrorçu әlә keçirilib.

Təşkilatla əlaqəsi olduğu iddiası ilә nəzarətə alınan 33 şübhəlilərdən biri həbs olunub.

Əməliyyatlar nәticәsindә 21 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar çərçivəsində terrorçular tərəfindən Bitlis, Diyarbəkir, Şırnak və Tuncelidə istifadə edilən terror yuvaları vә çox sayda  iri çaplı silah  məhv edilib.



Әlaqәli Xәbәrlәr