Səfir Andrey Karlova sui-qəsd ilə bağlı daha bir nəfər saxlanılıb

Rusiyanın Ankara səfiri Andrey Karlovun silahlı sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqəli istintaq çərçivəsində daha bir polis əməkdaşı saxlanılıb.

655367

Həmin istintaq çərçivəsində saxlanılan 7 polis işçisi Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları tərəfindən ədliyyəyə aparılıb.

İstintaqı davam etdirən prokurora ifadə verən şübhəlilərdən biri prokurorluq tərərfindən sərbəst buraxılıb, digər polislər isə növbətçi məhkəməyə göndərilib.

Sülh Cinayət Hakimliyi tərəfindən dindirilən şübhəlilərdən Kaan Bülbül tutularaq Sincan həbsxanasına aparılıb.

Digər 5 polis isə ədliyyə nəzarətində olacağı şərti ilə sərbəst buraxılıb.

Әlaqәli Xәbәrlәr