Mövlud Çavuşoğlu Donald Trampın inauqurasiya mәrasimindә iştirak edәcәk

Xarici işlər naziri Mevlüt Çavuşoğlu  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda sәfәrdәdir.

654517
Mövlud Çavuşoğlu Donald Trampın inauqurasiya mәrasimindә  iştirak edәcәk

Xarici işlər naziri Mevlüt Çavuşoğlu  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda sәfәrdәdir.

Mevlüt Çavuşoğlu  sabah  ABŞ-ın  yeni seçilmiş prezidenti  Donald Trampın  inauqurasiya mәrasimindә Türkiyəni təmsil edəcək.

Mәrasimdәn әvvәl XİN rәhbәri bir sıra vacib  görüş  keçirib. O, ABŞ Milli Tәhlükәsizlik müşaviri  vәzifәsinә gәtirilәn  general Michael Flynn ilә iş yemәyindә bir araya gәlib.

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu  Flynn ilə görüşündə  Türkiyənin tələblərini bir daha dilə gәtirib.

Mevlüt Çavuşoğlu  xüsusilə terror təşkilatları ilə mübarizədə Türkiyənin müttəfiq ölkələrdən dəstək və əməkdaşlıq gözlədiyini ifadə edib.

Qeyd edәk ki, Mövlud  Çavuşoğlu  yanvarın  12-dә  ‘‘Washington Post’’ qəzeti üçün qәlәmә aldığı məqalədə  Amerika rəhbərliyinin bu ana qədər tətbiq etdiyi siyasətlər ilə Türk millətini xəyal qırıqlığına uğratdığını ifadə etmişdi.



Әlaqәli Xәbәrlәr