Hulusi Akar NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin 176-cı Toplantısına qatıldı

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi general Hulusi Akar  NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin 176-cı Toplantısında NATO-nun terrorizmlə mübarizə çərçivəsində Türkiyəyə daha konkret dəstək verməsinin vacibliyini vurğuladı.

653612
Hulusi Akar NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin 176-cı Toplantısına qatıldı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi general Hulusi Akar Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin  176-cı Toplantısına qatılıb.

Toplantı panellərində NATO Hərbi Komitəsinin funksionallığının dəyərləndirilməsi, Əfqanıstanda təhlükəsizlik, Əfqanıstana dəstək və terrorizmlə mübarizə məsələləri müzakirə olunub.

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi toplantıda NATO-nun terrorizmlə mübarizə çərçivəsində daha məsuliyyətli olması və Türkiyəyə daha konkret dəstək verməsinin vacibliyini gündəmə gətirib. Akar eyni zamanda, Türkiyənin Əfqanıstanda üzərinə götürdüyü vəzifələri yerinə yetirməyə davam edəcəyini qeyd edib.

Ordu qeneralı Akar toplantı çərçivəsində ABŞ, Avstriya, Ukrayna, Rumıniya, Avstraliya, İsrail və İtaliya Silahlı Qüvvələrinin baş qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib.



Әlaqәli Xәbәrlәr