Gecə klubu cinayətini törədən quldurdan etiraf

Milad gecəsi İstanbulda 39 nəfərin həyatını itirdiyi gecə klubuna istiqamətli hücumu törədən Abdülqadir Masharipov Esenyurtda DEAŞ terror təşkilatına məxsus hüceyrə evinə təşkil edilən əməliyyat zamanı tutulub.

653087
Gecə klubu cinayətini törədən quldurdan etiraf

Ədalət və İnkişaf partiyasının lideri və Baş nazir Binali Yıldırım, partiyasının Mərkəzi İcra heyəti iclası əvvəlində jurnalistlərə verdiyi açıqlamada İstanbuldakı xain hücumu törədən terrorçunun dindirilişinin davam etdiyini və bir çox detalın öyrənildiyini bildirib. Cinayətkarlarının tutulması və dǝstǝkçilǝrinin aşkarlanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İstanbul valisi Şahin də, İstanbul polis idarəsinin baş direktörü Mustafa Çalışqan ilə birgə təşkil etdiyi mətbuat konfransında, polis əməkdaşlarının uğurlu əməliyyatı nəticəsində mənfur hücumu törədən quldurun Esenyurtda tutduğunu ifadə edərək: “ Cinayəti törədən 1983-ci il Özbəkistan təvəllüdlü, Əfqanıstanda təhsil almış, 4 dil bilən bir terroristdir. Onunla birlikdə bir İraqlı və fərqli ölkə vətəndaşı olan 3 qadın da tutulub. Bu şübhəlilərin də terrorçu olabiləcəkləri ehtimalı yüksəkdir. Əks halda eyni evdə qalmazdılar. Əməliyyat zamanı terrorçunun qaldığı evdə 197 min Amerika dolları, iki ədəd tapanca, güllə, bir çox material ələ keçirilib. Hücumun terror təşkilatı DEAŞ adına törədildiyi güçlü ehtimaldır. Quldur 2016-ci ilin yanvar ayında Türkiyəyə daxil olub. Cinayətkarın tutulması üçün polis qüvvələrimiz tərəfindən 152 ünvana əməliyyat təşkil edilib. Həmin əməliyyatlar çərçivəsində şübhəli 50 nəfər nəzarətə alınıb. Bu səbəblə bütün polis əməkdaşlarımıza təşəkkürlərimi bildirir və Türkiyənin daha belə xain hücumlara səhnə olmamasını arzulayıram.



Әlaqәli Xәbәrlәr