Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan xain terrorçunu yaxalayan polis əməkdaşlarını təbrik etdi

Ərdoğan Türkiyədə cinayət işləyən hər kəsin cəzasını mütləq çəkəcəyini bildirib.

653307
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan xain terrorçunu yaxalayan polis əməkdaşlarını təbrik etdi

Yeni il gecəsi İstanbuldakı “Reina” klubunda törətdiyi terror aktında 39 nəfərin həyatını itirməsinə səbəb olan  Abdülqədir Masharipov İstanbulda Əsənyurtda  DEAŞ  terror təşkilatının hücrə evinə edilən əməliyyat nəticəsində yaxalandı.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyədə cinayət işləyən hər kəsin cəzasını mütləq çəkəcəyini, hüquq dövləti sərhədləri daxilində hər kəsdən hesab soruşulacağını söyləyib.

Ərdoğan deyib ki, Ortaköydə terror hücumunu törədənin yaxalanması təhlükəsizliklə bağlı anlayışın önəmli bir təzahürüdür.

Ərdoğan xaini yaxalayan təhlükəsizlik qüvvələri ilə əməliyyatda iştirak edən kəşfiyyat vəzifəlilərini də təbrik edib.



Әlaqәli Xәbәrlәr