Ehtimal olunan referendum tarixi ən erkən 26 mart, ən gec 16 aprel

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri üçün referendum təqvimi də planlaşdırılır.

651786
Ehtimal olunan referendum tarixi ən erkən 26 mart, ən gec 16 aprel

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri üçün referendum təqvimi də planlaşdırılır.

Ehtimal olunan referendum üçün ən erkən 26 mart, ən gec 16 aprel tarixləri nəzərə alınır.

Konstitusiya dəyişiklikləri təklifinin bütün maddələri 330 və üzərində səslə qəbul ediləcəyi təqdirdə referendum diqqət mərkəzində olacaq.

Hakim Ədalət və İnkişaf Partiyası təklifin bütün maddələrinin 20 yaxud da 21 yanvarda qanuniləşdirilməsini hədəf götürüb.

Bu şərtlərdə qanunun 23 ya da 24 yanvarda dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiqinə təqdim edilməsi planlaşdırılır.

Dövlət başçısının qanunun təsdiqi üçün ona tanınmış 15 günlük qanuni müddənin nə qədərindən istifadə edəcəyindən asılı olaraq, referendum tarixi dəqiq bəlli olacaq.

Referendumun “Rəsmi Gazetə”də dərc olunmasını izləyən 60-cı gündən sonrakı ilk bazar günü keçirilməsi lazımdır.

Bu təqvimə görə referendumun ən erkən 26 mart, ən gec isə 16 apreldə keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr