“Kıbrıs məsələsinin həlli üçün hər kəs səmimi olmalıdır”, M.Çavuşoğlu

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə keçirilən Kıbrıs məsələsilə bağlı müzakirələrdən sonra verdiyi açıqlamada deyib.

650286
“Kıbrıs məsələsinin həlli üçün hər kəs səmimi olmalıdır”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə keçirilən Kıbrıs məsələsilə bağlı müzakirələrdən sonra açıqlama verib.

Çavuşoğlu məsələnin həlli üçün qısa müddətli siyasət yürüdülməməsinin vacibliyinə toxunaraq deyib ki, həll prosesində hər kəsin qazancı olacaq. Türkiyənin zəmanət və təhlükəsizliklə bağlı mövqeyi məlumdur.

“Biz Türkiyə olaraq təhlükəsizlik və zəmanətlər mövzusunda mövqeyimizi  dəqiq şəkildə ortaqa qoyduq. Şimali Kıbrıs Türk Cümhuriyyəti rəhbərliyi ilə düşüncələrimiz üst-üstə düşür. Türkiyənin zəmanəti Kıbrıs Türk xalqı üçün həyatı əhəmiyyətə malikdir”-deyə Çavuşoğlu ifadə edib.

Görüşlərin yanvarın 18-də mütəxəssislər tərəfindən davam etdiriləcəyini bildirən nazir vurğulayıb ki, hər ölkə öz paytaxtında konkret təkliflər hazırlayacaq. BMT-nin də köməyi ilə yenidən bir araya gəlinərək, təkliflər dəyərləndiriləcək. Bu prosesdən sonra zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin xarici işlər nazirləri bir araya gələcək və nəticə əldə ediləcəyi təqdirdə zamin ölkələrin baş nazirləri bir araya gələcəklər.

Mövlud Çavuşoğlu bölgədə müxtəlif yerlərdə problemlər olmasına baxmayaraq Kıbrısda Türkiyənin zaminliyi sayəsində problem olmadığını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr