“Fərat Qalxanı” əməliyyatında DEAŞ üzvü 48 terrorçu məhv edilib

Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədi ilə Türkiyənin rəhbərliyində 24 avqustda başlanılan “Fərat Qalxanı” əməliyyatı çərçivəsində terror təşkilatı DEAŞ üzvü 48 terrorçu məhv edilib.

646935

Türkiyə Silahlı Qüvvələrindən əməliyyatın 139-cu günündə yayımlanan açıqlamaya əsasən, terror təşkilatına məxsus 246 hədəf qurudan, 23 hədəf isə havadan vurulub.

Vurulan hədəflərin terrorçuların istifadə etdiyi sığıncaq yerləri, müdafiə və nəzarət mərkəzləri, silah-sursat yerləri olduğu öyrənilib.

Həmçinin əl istehsalı olan 3 partlayıcı da Türk əsgərləri tərəfindən məhv edilib.

Әlaqәli Xәbәrlәr