Binəli Yıldırım: ''Türkmənlər həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır''

Türkiyənin Baş naziri Binəli Yıldırım Bağdada səfəri çərçivəsində İraq türkmənlərinin nümayəndələrini qəbul edib.

646657
Binəli Yıldırım: ''Türkmənlər həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır''

Türkiyənin Baş naziri Binəli Yıldırım Bağdada səfəri çərçivəsində İraq türkmənlərinin nümayəndələrini qəbul edib.

Türkmən siyasətçilərə müraciət edən Binәli Yıldırım  Telaferden Mendeliyәdәk bütün İraq Türkmənlәrinin qucaqladıqlarını  bildirib.

Yıldırım  Türkmənlərin  dost və qardaş İraqın ayrılmaz  parçası olduğunu qeyd edәrәk:  "Türkmənlər həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır" deyib.

Baş nazir İraqın üzləşdiyi çətinliklərdən ən çox türkmənlərin əziyyət çəkdiyini və hər zaman onlara kömək etdiklərini bildirib. 

Aralarında türkmənlərin də olduğu 300 min iraqlını Türkiyədə yerləşdirdiklərini söyləyən Baş nazir vurğulayıb ki, bundan sonra da başda İraq türkmənləri olmaqla bütün iraqlılara yardımlarını davam edəcəklər.

Türkiyənin Baş nazir, İraqın terrorizmlə mübarizəsinə, ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində töhfə verdiklərinə işarə edərək, DEAŞ bəlasından azad edildikdən sonra türkmənlərin yaşadığı şəhərlər də daxil olmaqla, zərərə məruz qalan İraq yaşayış məntəqələrinin yenidən inşası üçün lazım olan hər cür dəstəyi göstərəcəklərini qeyd edib.

Qəbulda türkmən siyasətçilər Binəli Yıldırımın sözlərini yüksək qiymətləndirərək, türkmənlərlə Türkiyə arasındakı sarsılmaz qardaşlığın, İraq-Türkiyə münasibətləri üçün də böyük dəyər olduğunu bildiriblər.

Qeyd edәk ki, Binәli Yıldırım İraq prezidentinin müavini  İyad Әllәvi ilә  bir araya gəlib.

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib vә yarım saat davam edib.

Görüşdə ikitərəfli münasibәtlәr vә bölgədəki proseslərin müzakirә olunduğu bildirilir.


Etiketlәr: #İraq , #Türkiyə

Әlaqәli Xәbәrlәr