“Edam cəzası Məclisdən keçən kimi təsdiqləyəcəyəm”

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan kütləvi açılış mərasimi üçün getdiyi Şanlıurfada terrorçuların əməllərinə toxunub.

646301
“Edam cəzası Məclisdən keçən kimi təsdiqləyəcəyəm”

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan kütləvi açılış mərasimi üçün getdiyi Şanlıurfada terrorçuların əməllərinə toxunaraq deyib:  

  “İzmir Ədliyyə binası qarşısında törədilən terror hücumundan sonra ələ keçirilən silah-sursatlar göstərir ki, terrorçular ora böyük qırğın etmək üçün gəliblər.

  Qəhrəman polislərin sayəsində terrorçular nəzarət nöqtəsində dayandırılıb, böyük bir fəlakətin qarşısını alınıb.

  Gözünü qan bürümüş qatil sürülərinin ictimai yerlərə hücumları davam edir.

  Edam cəzası Məclisdən keçən kimi mən bunu təsdiq edəcəyəm. Çünki qatili bağışlamaq dövlətin haqqı deyil. Günahsız insanları öldürən bu alçaqları bəsləməməliyik.

  Artıq bu həqiqəti kimsə inkar edə bilməz ki, müəyyən təşkilatlar bunları silahlandırıb Türkiyənin üzərinə yayırlar. Bu gün öz regional və aktual mənfəətləri üçün bizim üzərimizə terror təşkilatlarını saldıranlar sabah eyni atəş ilə yanmağa başlayacaqlar. Amma o zaman iş işdən keçmiş olacaq".



Әlaqәli Xәbәrlәr