Astana danışıqları nəyə vəsilə olacaq?

Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Ofisində mətbuat konfransında çıxış edib.

646163
Astana danışıqları nəyə vəsilə olacaq?

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada varılan atəşkəsi yaxından izlədiklərini və müxalifət qruplarının atəşkəsi pozmadıqlarını söyləyib.

  Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Ofisində mətbuat konfransında çıxış edib.

  Türkiyənin Xarici İşlər naziri Qazaxıstanın paytaxtı Astanada olacaq Suriya mövzusunun əsasını BMT Təhlükəsizlik Şurası və Cenevrə danışıqlarının təşkil edəcəyini deyib.

  "Astana danışıqları Cenevrə prosesinin yenidən başlaması üçün vəsilə olacaq. Biz və Suriya müxalifəti səmimi, təmkinli və realıq" deyib Mövlud Çavuşoğlu. O, eyni zamanda atəşkəsin davam etməsi və humanitar yardımların çatdırılmasının əhəmiyyətinə toxunub, “Atəşkəs pozularsa, razılaşma çökər” deyib.



Әlaqәli Xәbәrlәr