“Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənası yoxdur”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu İncirlik hərbi bazasının bağladılmasının gündəmdə olmadığını bildirib.

645400
“Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənası yoxdur”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu İncirlik hərbi bazasının bağladılmasının gündəmdə olmadığını, ancaq  terror təşkilatı DEAŞ-a qarşı mübarizədə Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənasının olmadığını söyləyib.

Nyu-Yorkda BMT baş katibi Antonio Quterreş ilə görüşündən sonra gündəmə dair açıqlama verərək, Əl Baba istiqamətli əməliyyatda Türkiyəyə dəstək verməyən ölkələri tənqid edən Çavuşoğlu deyib ki, humanitar böhranın həlli üçün daha fəal cəhd göstərilməlidir.

“Biz DEAŞ-a qarşı önəmli mübarizə aparırıq, amma son zamanlarda koalisiyanın havadan dəstəyini görmürük. Madam DEAŞ ilə mübarizə etmək üçün koalisiya qurduq, Türkiyə də fiziki məkanlar təmin etdi, bəs, nə üçün dəstək olmursunuz? Məqsəd nədir, nə istəyirsiniz? Hal-hazırda Rakkadan Əl Bab istiqamətində gələn və Əl Babda əlavə qüvvə olaraq gələn DEAŞ ünsürləri var, o marşrutda əlaqələri veririk nə üçün vurmursunuz?”-deyə xarici işlər naziri Çavuşoğlu vurğulayıb.

Nazir İncirlik hava bazası ilə əlaqəli mübahisələrin xatırladılması qarşısında isə deyib ki, bazadan istifadə edən ölkələr Türkiyənin əməliyyatlarına dəstək verməlidir. İncirlik hərbi bazasının bağladılması gündəmdə deyil, ancaq  terror təşkilatı DEAŞ-a qarşı mübarizədə Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənası da yoxdur.

BMT baş katibi Antonio Quterreş ilə keçirdiyi görüşə də toxunan Çavuşoğlu baş katibə Qazaxıstanın paytaxtı Astanadakı Suriya ilə əlaqəli siyasi prosesin önəmli olduğunu, ancaq humanitar vəziyyətin unudulmamasının vacibliyini dilə gətirdiyini  söyləyib.

Çavuşoğlu və Quterreş Kıbrıs müzakirələri ilə əlaqəli atılan addımları da müzakirə etdiklərini, bugün də Yunanıstan xarici işlər naziri Nikon Kotzias ilə Kıbrıs və ikitərəfli əlaqələrin müzakirə olunacağı görüş keçirəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr