İzmir şəhərində törədilən xain terror hücumuna hökumət və müxalifətin sərt reaksiyası

Terroru lənətləyən nazirlər hücum nəticəsində şəhid olan 2 nəfərə Allahdan rəhmət, yaralılara təcili şəfa dilədilər.

645409
İzmir şəhərində törədilən xain terror hücumuna hökumət və müxalifətin sərt reaksiyası

İzmir şəhərində törədilən xain terror hücumuna hökumət də sərt reaksiya göstərdi.

Terroru lənətləyən nazirlər hücum nəticəsində şəhid olan 2 nəfərə Allahdan rəhmət, yaralılara təcili şəfa dilədilər.

Baş nazirin müavini Veysi Kaynak İzmirdə törədilən terror hücumunda ələ keçirilən silahlara, bombalara nəzər salanda çox ciddi bir qətliamın hədəf götürüldüyünün aydın olduğunu söyləyib.

Türkiyənin dincliyinin hədəf götürüldüyü bir hücum olduğunu vurğulayan Veysi Kaynak deyib ki, belə hadisələr bizi əsla terrorla mübarizə etmə hədəfindən yayındırmayacaqdır.

Daxili işlər naziri Süleyman Soylu da şəhid polis əməkdaşı Fəthi Səkin üçün mesaj paylaşaraq deyib ki, Qəhrəmanım; şəhidlik yoluna bir yoldaşınla düşdün. Yigidliyin, mövqeyin, cəsarətin polis olma şərəfinlə çiyinlərimizə ağır yük qoyub getdin. Rahat yat.

Ədliyyə naziri Bəkir Bozdağ isə açıqlamasında bildirib ki, İzmirdə ədliyyə binasının qabağında törədilən bu xain terror hücumu sadəcə ədliyyə və Türkiyənin məhkəmələrinə qarşı deyil, həmin zamanda millətimizə yönəldilmiş xain bir terror aktıdır.

“Birliyimizi poza bilməyəcəksiniz.” deyə açıqlama yayan xarici işlər naziri Mövlud Çavuşoğlu da vurğulayıb ki, İzmirimizdə qan axıtmaq istəyən xainlərin qarşısını şəhidimiz Fəthi Səkin başda olmaqla qəhrəman polislərimiz aldı.

Şəhid polis əməkdaşının şəklini paylaşan Avropa İttifaqı naziri Ömər Çəlik də bildirib ki, millətimizin qəhrəman övladı, məkanın cənnət olsun.

İnkişaf naziri Lütfi Elvan da terror hücumunu  sərt  dillə pisləyərək: ‘‘Köklərini kəsəcəyik.’’ deyə qeyd edib. Lütfi Elvan terror aktı nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara  şəfa diləyib.

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan isə verdiyi açıqlamada: ‘‘Ölkəmizin inkişafına mane olmaq istəyən satqınlar, terror təşkilatları boş dayanmırlar’’ deyib.

Milli Müdafiə Naziri Fikri İşıq da: ‘‘Allah qəhraman təhlükəsizlik qüvvələrimizi qorusun’’ deyib.

Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik də İzmirdə törədilən xain terror aktını pisləyib.

İzmirde töredilen terror hücumuna müxalifet partiyaları da sert reaksiya gösterdiler.

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu da özünün “Twitter” səhifəsindəki açıqlamasında deyib ki, ölkəmizin hər şəhəri, insanlarımız terrorla qarşı-qarşıyadır. Türkiyə bunu haqq etmir.

Milliyətçi Hərəkət Partiyasının İzmir millət vəkili Əhməd Kənan Tanrıkulu  hücumu pisləyərək: ‘‘Millət olaraq Allahın izni ilə torrora baş əyməyəcəyik. Birlik və bərabərliyimizi heç kimin pozmasına icazə verməyəcəyik’’ deyib.



Әlaqәli Xәbәrlәr