“Terror aktını törədən şəxsin kimliyi məlumdur”, M.Çavuşoğlu

İstanbulda Ortaköydə yeni il gecə saatlarında bir gecə klubunda 39 nəfərin həyatını itirdiyi hücumu həyata keçirən terrorçunun kimliyi bəlli oldu.

643904
“Terror aktını törədən şəxsin kimliyi məlumdur”, M.Çavuşoğlu

İstanbulda Ortaköydə yeni il gecə saatlarında bir gecə klubunda 39 nəfərin həyatını itirdiyi hücumu həyata keçirən terrorçunun kimliyi bəlli oldu.

Bunu Anadolu xəbər agentliyinin suallarına cavab verən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu hücumu törədən şəxsin kimliğinin məlum olduğunu və hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmaların davam etdirildiyini vurğulayıb.

Bu arada hücumla əlaqəsi olduğu iddia edilən şüphəlilərə istiqamətli İzmirdə həyata keçirilən əməliyyatda DEAŞ üzvü olduğu irəli sürülən nəfər saxlanılıb.

Bornova və Buca qəsəbələrində xüsusi təyinatlı polis işçilərinin dəstəyi ilə gecə saatlarında 4 adresə yönəldilmiş əməliyyatda Dağıstan, Şərqi Türküstan və Suriya vətəndaşı 11-i qadın 20 şübhəli saxlanılıb.

Şübhəlilərin olduğu evlərdə aparılan axtarışda snayper, gecə durbini, çamadan, GPS və bir sıra hərbi materiallar ələ keçirilib.

Şübhəlilərin Ortaköydəki terror hücumunu törədən  şübhəli ilə Konyadakı hücrə evində birlikdə qaldıqları iddia edilib.

Şübhəlilərin ifadəsi çərçivəsində yeni saxlanılanların ola biləcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr