“Terror bizi qorxuda, qardaşlığımızı və vahidliyimizi poza bilməz”, B. Yıldırım

Baş nazir terrorun insanlığın ortaq dərdi olduğunu və terrorla heç nə əldə edilə bilməyəcəyinin başa düşülməsinin vacibliyini bildirib.

641971
“Terror bizi qorxuda, qardaşlığımızı və vahidliyimizi poza bilməz”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım terror hücumunda xəsarət alanları xəstəxanada ziyarətindən sonra açıqlama verərək deyib ki, İstanbulda həyata keçirilən bu terror aktında müxtəlif ölkələrdən bir araya gəlmiş insanlar qetlə yetirildi. Terror bizi qorxuda, qardaşlığımızı və vahidliyimizi poza bilməz. Terror insanlığın ortaq dərdidir və terrorla heç nə əldə edilə bilməyəcəyi başa düşülməlidir. Türkiyə bir müddətdir bölgədə həm PKK həm FETÖ terror təşkilatlarına, həm də Suriya və İraqdakı hakimiyyət boşluğundan mənbələnən terrora qarşı mübarizə aparır.

“Türkiyənin apardığı mübarizənin bir qarşılığının olacağını bilirik, amma terror qarşısında əsla baş əyməyəcəyik. Bugün burada baş verən terror aktı sabah dünyanın başqa ölkəsində ola bilər. Bunun üçün heç bir ölkə əmin-amanlıq içində deyildir. “Bizdə olmaz” deyə bilməz. Terrorun müqəddəsi, dini yoxdur, hər yerdə törədilir. Terrorla mübarizədə ikiüzlülük uğur yox, zəifilik gətirər”-deyə baş nazir Binəli Yıldırım vurğulayıb.

Türkiyənin Rusiya ilə Suriyada məsuliyyət götürərək uzun müddətdir davam edən mühabirəni sona çatdırma addımlarının bölgədə terrorla mübarizədə ciddi nailiyyət mənası daşıdığını bildirən baş nazir deyib ki, bundan sonra Türkiyə və dünyada bu və buna oxşar hadisələrlə qarşılaşa bilərik. Terrorla mübarizəmiz güclü şəkildə davam edəcəkdir.

Baş nazir Yıldırım hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralılara da təcili şəfa diləyib.

Baş nazir hücumu həyata keçirənin şəxsiyyəti ilə əlaqəli sual qarşısında isə deyib ki, bununla bağlı ehtimallar şəkillənməyə başladı. Polis və kəşfiyyat koordinasiya daxilində fəaliyyətləri davam etdirir.



Әlaqәli Xәbәrlәr