M.Çavuşoğlu BMT Tәhlükәsizlik Şurasının 5 yeni qeyri-daimi üzvünü təbrik edib

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu Birlәşmiş Millətlər Təhlükəsizlik Şurasının   5 yeni qeyri-daimi üzvünü təbrik edib.

642632
M.Çavuşoğlu BMT Tәhlükәsizlik Şurasının 5 yeni qeyri-daimi üzvünü təbrik edib

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu Birlәşmiş Millətlər Təhlükəsizlik Şurasının   5 yeni qeyri-daimi üzvünü təbrik edib.

Çavuşoğlu şәxsi  ‘‘Twitter’’ sәhifәsindәn  verdiyi açıqlamada bunları qeyd edib: ‘‘Yanvarın 1-dә vәzifә müddәtlәri başlayan BMT Tәhlükәsizlik Şurasının  5 yeni üzvü  Efiopiya, Boliviya, Qazaxıstan, İsveç və İtaliyanı  təbrik edirik’’.

BMT Tәhlükәsizlik Şurasında  2 illik qeyri-daimi üzvlüyü  başa çatan Venesuela, Malaziya, Yeni Zelandiya, İspaniya və Anqola  Şuraya vida edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzv ölkələrdir. Digər on qeyri-daimi üzv ölkələri iki il müddətinə Baş Assambleyada seçilir. Hər il 5 ölkə əvəzlənir.



Әlaqәli Xәbәrlәr