İstanbulda törədilən terror hücumuna qarşı dünya laqeyd qalmadı

39 nəfərin həyatını itirdiyi 4-ü ağır olmaqla 65 nəfərin yaralandığı terror aktına dünyanın dörd bir guşəsindən reaksiya göstərildi.

641961
İstanbulda törədilən terror hücumuna qarşı dünya laqeyd qalmadı

39 nəfərin həyatını itirdiyi 4-ü ağır olmaqla 65 nəfərin yaralandığı terror aktına dünyanın dörd bir guşəsindən reaksiya göstərildi.

Yayımlanan başsağlığı mesajlarında Türkiyə ilə həmrəy olunduğu və beynəlxalq terrorla mübarizənin daşıdığı əhəmiyyətə diqqət çəkildi.

Azərbaycan prezidenti  İlham Əliyev  İstanbulda törədilən terror aktı ilə bağlı Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi.

Azərbaycan prezidenti  İlham Əliyev  bildirib ki, İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıdıb.

Prezident İlham Əliyev  vurğulayıb ki, biz dinc insanlara qarşı bu xain əməldən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik: “Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”. 

Şimali Kıbrıs Türk Cümhnuriyyəti prezidenti Mustafa Akıncı da başsağlığı verərək xain terror aktını pisləyib.

O bildirib ki, gecə klubunda günahsız insanlara edilən vəhşi hücumu pisləyirik. Həyatını itirənlərin yaxınlarının kədərlərini bölüşür, Türkiyəyə başsağlığı diləyirik.

ABŞ prezidenti   Barak Obama İstanbulda törәdilәn hücumu lәnәtlәyәrәk hәlak olanların  ailәlәrinә başsağlığı verib. Obama ehtiyac olacağı təqdirdə Türk məsullara lazımlı dəstəyin verilməsi barədə ölkəsində rəsmilərə təlimat verib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price da  verdiyi açıqlamada : ‘‘ABŞ  İstanbulda  hәyata keçirilәn  terror hücumunu ən sərt şəkildə pisləyir" deyib. Ned Price Türkiyә ilә hәr növ terrora qarşı mübarizәdә qәrarlı olduqlarını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin də  İstanbulda törәdilәn hücumu lәnәtlәyәrәk hәlak olanların  ailәlәrinә başsağlığı verib.

Putin açıqlamasında bildirib ki, yeni ili qeyd etmək məqsədi ilə bir araya gəlmiş günahsız insanların öldürülməsindən daha xain bir hücumu xəyal etmək çox çətindir. Lakin insani və əxlaqi dəyərlər terrorçulara biqanə məfhumdur. Ortaq vəzifəmiz terror hücumlarına qarşı qəttiyətli şəkildə cavab verməkdir.

Putin həmçinin Rusiyanın terrorla mübarizədə Türkiyənin etimad edilən tərəfdaşı olmaqda davam edəcəyini də vurğulayıb.

Rusiyanın baş naziri Dimitri Medvedev də baş nazir Binəli Yıldırıma zəng edərək başsağlığı verib və həmrəy olunacağına dair düşüncələrini bölüşüb.

Medvedyev və Yıldırım beynəlxalq terrorizm təhdidləriylə birgə mübarizənin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı həmçinin ikitərəfli əlaqələr də müzakirə mövzusu olub.

Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel də yayımladıqları yazılı açıqlamada İstanbulda törədilən terror hücumunu lənətləyərək başsağlığı veriblər.

Fələstin dövlət rəhbəri Mahmut Abbas da dövlət başçısı Ərdoğana başsağlığı verərək, terror hadisəsini pisləyib.

İsrail prezidenti Reuven Rivlin rəsmi twitter hesabında türkcə və ingiliscə sözlərlə terror hücumunu pisləyib.

NATO-nun  Baş Katibi Jens Stoltenberq isə  sosial media hesabından verdiyi açıqlamada İstanbulda törәdilәn xain hücumu pislәyib.

Aİ-nin  Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federica Mogherini verdiyi açıqlamada  törәdilәn hücumu qınayıb vә  bu cür hadisәlәrin qarşısını almaq üçün çalışmağa davam edәcәklәrini deyib.

Avropa İttifaqının digər rəsmi nümayənlərindən Dimitris Avramopulos, Martin Şultz, Kati Piri də başsağlığı diləklərini yayımlayaraq, Türkiyənin kədərini bölüşdüklərini bildiriblər.

Kanadanın xarici işlər naziri Stephane Dion da: "Kanada  İstanbulda  hәyata keçirilәn  hücumda həyatını itirənlәrin ailələrinə başsağlığı və yaralananlara təcili şəfalar diləyir’’ deyib.

İngiltәrәnin xarici işlәr naziri Boris Conson da  İstanbulda baş verən partlayışlarla bağlı bəyanat verib.

Boris Conson özünün ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada bildirib ki: ‘‘İstanbulda törәdilәn  hücumu pislәyirәm. İngiltәrә terrorla mübarizәdә Türkiyәnin yanındadır’’.

Avstriya, Belçika, Fransa, Meksika xarici işlər nazirləri də açıqlamalarında hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, terrorla mübarizədə Trükiyənin yanında olduqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr