Baş nazir Binəli Yıldırım: Atəşkəsin daimi olmasına ümid edirəm

Baş nazir Binəli Yıldırım Suriyada axıdılan qanın qarşısını alacaq atəşkəsin yaşanan iztirablara son qoyması üçün başlanış olmasına ümidini dilə gətirib.

640567
Baş nazir Binəli Yıldırım: Atəşkəsin daimi olmasına ümid edirəm

Baş nazir Binəli Yıldırım Suriyada axıdılan qanın qarşısını alacaq atəşkəsin yaşanan iztirablara son qoyması üçün başlanış olmasına ümidini dilə gətirib.

Baş nazir Çankaya Köşkündə Türkiyə Gənc İş adamları Konfederasiyasından nümayəndə heyətini qəbulu zamanı deyib ki, Rusiya və Türkiyənin təşəbbüsü ilə İranın da iştirak etməsi nəticəsində müvəqqəti atəşkəsin Suriya miqyasında qüvvədə olması üçün razılıq əldə olundu. Əl Nusra və DEAŞ kimi terror təşkilatları qərarın tərəfdaşı olmadı.

Binəli Yıldırım atəşkəsin daimi olmasına ümid etdiyini vurğulayaraq bildirib ki, bununla da Suriyada qan axıdılmasının qarşısı alınar. Ordakı insanlar da artıq bu faciədən canlarını qurtarmış olar.

Baş nazir atəşkəsin məqsədinin rejim ilə müxalifət qrupları arasındakı toqquşmaların qarşısını almaq olduğunu, bu prosesə böyük maraq və dəstək göstərildiyini söyləyib.

“Bundan sonra atılacaq addım Suriyada siyasi həllin təsis edilməsidir. Bu da qarşıdan gələn günlərdə Astanada keçiriləcək görüşlərlə və daha sonra BMT-nin təşkilatçılığında öz həllini tapacaqdır. Heç bir ziddiyyət insan həyatından daha önəmli deyildir”-deyə Baş nazir Binəli Yıldırım vurğulayıb.

Baş nazir terrorla mübarizənin qətiyyətli şəkildə davam etdiriləcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr