Mevlüd Çavuşoğlunun telefon diplomatiyası davam edir

Çavuşoğlu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini, Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani və Venesuela  xarici işlər naziri Delcy Rodriguez ilə telefonla görüşdü.

636895
Mevlüd Çavuşoğlunun telefon diplomatiyası davam edir

Türkiyənin xarici işlər naziri Mevlüd Çavuşoğlunun telefon diplomatiyası davam edir.
 
 Çavuşoğlu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini, Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani və Venesuela  xarici işlər naziri Delcy Rodriguez ilə telefonla görüşdü.
 
 Diplomatik mənbələrdən verilən məlumata görə, Çavuşoğlu-Mogherini görüşündə Suriyada atəşkəs və humanitar yardım səyləri müzakirə olunub.
 
 Türkiyə-Aİ münasibətləri istiqamətində atılacaq addımlar haqqında da fikir mübadiləsi aparılıb.
 
 Çavuşoğlunun qətərli həmkarı Əl Sani ilə olan telefon görüşündə də, Suriya başda olmaqla, regional məsələlər müzakirə olunub.
 
 Venesuela xarici işlər naziri Rodriguez Çavuşoğluna zəng edərək, Türk Hava Yollarının Venesuela səfərlərinin açılması münasibətilə təşəkkürlərini bildirib.



Әlaqәli Xәbәrlәr