“Sui-qəsdin arxasında Fetullahçı Terror Təşkilatı var”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Ankaradakı səfirinə edilən sui-qəsdin arxasında Fetullahçı Terror Təşkilatı FETÖ-nün olduğunu söyləyib.

634726

Rusiyadakı görüşlərini davam etdirən Çavuşoğlu ABŞ Dövlət katibi Con Kerri ilə telefonla danışıb.

Qarşı tərəfin istəyi ilə reallaşan telefon danışığında əvvəl Kerri Rus səfir Andrey Karlovun sui-qəsd nəticəsində həyatını itirməsindən dərin kədər duyduqlarını ifadə edib.

Xarici İşlər naziri Çavuşoğlu da həm Türkiyənin həm də Rusiyanın yaşanan kədərli hadisənin arxasında Fetullahçı Terror Təşkilatının (FETÖ) olduğunu bildiyini ifadə edib və təcavüzkar haqqında məlumat bölüşüb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə həmçinin Moskvada keçirilən Suriya mövzulu üçtərəfli yığıncaq da gündəmə gəlib.

Çavuşoğlu yığıncağın sonunda yayımlanan ortaq açıqlamanan müzakirə olunan əsas mövzuları əks etdirdiyini bildirib.

Mövlud Çavuşoğlu Kerrinin sualı qarşısında Kıbrıs müzakirələrindəki son prosesinə dair məlumat da verib.

Әlaqәli Xәbәrlәr