Fərat Qalxanı əməliyyatı çərçivəsində daha 15 terrorist məhv edilib

“Türk ordusunun dəstək verdiyi Suriya Azad Ordusu, Bab-Hələb yoluna nəzarəti ələ keçirib.

634799
Fərat Qalxanı əməliyyatı çərçivəsində daha 15 terrorist məhv edilib

Suriyanın şimal ərazilərinin terrorçulardan təmizlənməsi məqsədiılə 24 Avqustda Türkiyə Silahlı Qüvvətlərinin başçılığında başladılan Fərat Qalxanı əməliyyatı çərçivəsində terror təşkilatı DEAŞ mənsubu daha 15 terrorist zərərsizləşdirilib.

TSQ, 120 gündən bəri davam edən Fərat Qalxanı Hərəkatı çərçivəsində El Babın   quldurlardan  təmizlənməsi   üçün  edilən  mübarizə  haqda verdiyi açıqlamada: “Türk ordusunun dəstək verdiyi Suriya Azad Ordusu, Bab-Hələb yoluna nəzarəti ələ keçirib. Qarşıdurmalarda Türkiyə silahlı qüvvələrinə məxsus bir avtomobilə   edilən    hücum  nəticəsində  4 əsgər yüngül yaralanıb. DEAŞ üzvü 15 terrorist isə zərərsizləşdirilib.

Əl Bab bölgəsində, terror təşkilatı DEAŞ-a aid sığınacaq və müdafiə mövqeləri başda olmaqla 48 hədəf məhv edilib.

DEAŞ mənsubu quldurlardan təmizlənən bölgələrdə müxaliflərə dəstək təmin edən əsgərlərimiz 43 mina və partlayıcını məhv edib.



Әlaqәli Xәbәrlәr