İstanbul terrorunu törədənlərdən birinin şəxsiyyəti müəyyənləşdirildi

Dekabrın 10-da İstanbulda PKK tərəfindən təşkil olunan və 44 nəfərin həlak olduğu terror hücumunu törədən terrorçulardan birinin şəxsiyyəti  müəyyənləşdirildi.

632240

 İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin  dəstələri tərəfindən aparılan istintaq çərçivəsində hadisə yerindən alınan DNT nümunələri Ədliyyə Tibb Qurumunda araşdırıldı.
 
 Araşdırma nəticəsində Maçka Parkı yaxınlığında özünü partladan canlı bombanın Şanlıurfa Suruçda  qeydiyyatda olan "Ərdal" kod adlı 20 yaşlı Burak Yavuz olduğu müəyyən edildi.
 
 İstanbul Valiliyi terror hücumundan sonra xəstəxanalarda 56 yaralının müalicəsinin davam etdiyini bildirdi.
 
Valilikdən verilən məlumatda Beşiktaşda Vodafone Arena yaxınlığında törədilən hücumda yaralananların müalicələrinin şəhərin müxtəlif xəstəxanalarında  davam etdiyi qeyd olunur.
 
 Terror hücumunda 166 nəfər  yaralanıb.

Әlaqәli Xәbәrlәr