“Suriyada siyasi keçid prosesinə təcili zǝrurǝt var”: Çavuşoğlu

Xarici işlǝr nazirinin sözlǝrinǝ görǝ sutka ǝrzindǝ 7 min 500 nǝfǝr Hǝlǝbdǝn ayrılıb. Qadın, uşaq, qocalar vǝ yaralılar Türkiyǝyǝ gǝtirilib.

632036
“Suriyada siyasi keçid prosesinə təcili zǝrurǝt var”: Çavuşoğlu

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyənin ilk gündǝn bǝri Suriyada atəşkəs elan edilmǝsini, sülhün bǝrpasını, problemǝ siyasi hǝll yolu tapılmasını təklif etdiyini bildirib. Buna nail olunması uğrunda rǝsmi Ankaranın ǝlindǝn gǝlǝn sǝyi etdiyini, mövcud vǝziyyǝtin Suriyada tǝcili olaraq siyasi keçid prosesi tǝlǝb etdiyini, qǝbul edilǝn qǝrarların tǝtbiq edilmǝdiyini, pozuntuların olduğunu qeyd edib.

Tǝşkil etdiyi mǝtbuat konfransında Hələb şəhərindən xalqın evakuasiya edildiyinǝ dair mǝlumat verǝn Xarici işlǝr nazirinin sözlǝrinǝ görǝ sutka ǝrzindǝ 7 min 500 nǝfǝr şǝhǝrdǝn ayrılıb. qadın, uşaq,  qocalar  və yaralılar Türkiyǝyǝ gǝtirilib.

Hələbdə atəşkəs pozuntusuna görǝ özünün Rus və İranlı hǝmkarları ilǝ prezident Rəcəb Tayyib ərdoğanın ısǝ Rusiya lideri Vladimir Putinlǝ görüşdüyünü ifadǝ edǝn Çavuşoğlu, “Ruslar ilə Suriyalı müxalifətin nümayǝndǝlǝrini görüşürmǝk üçün sǝy etdik. Mütabiq qaldığımız mövzular oldu. Ancaq bunlardan bǝzilǝrinǝ ǝmǝl edilmǝdi. Danışıqlarımız davam edǝrkǝn Hǝlǝbdǝ vǝziyyǝt hǝr ötǝn gün pislǝşdi. İndi isǝ azad edilǝnlǝrǝ hümanitar yardım çatdırılmasına dair danışıqlarımız davam edir. Lakin yardımdan imtina edǝnlǝr olsa da Türkiyə Respublikası olaraq 3 milyon insana qucaq açdığımız kimi Hələbdən olan qardaşlarımıza da yadım çatdırırıq”.

Hələbdən olan müxaliflərin İdlibdǝ yerlǝşmǝlǝrinǝ dair razılaşma ola bilǝcǝyini ifadǝ edǝn Çavuşoğlu, Rusiya Dövlət Başçısı Vladimir Putinin Suriya danışıqlarının Qazaxıstanda davam etməsini istǝdiyini xatırladıb vǝ bunun vasitəçilik yox, güvǝn artıran bir mexanizm olduğunu  sözlǝrinǝ  ǝlavǝ edib.

 



Әlaqәli Xәbәrlәr