TBMM Hələbdə olanlara reaksiya göstərdi

Türkiyə Böyük Millət Məclisi sədrinin katibi Əhməd Aydın beynəlxalq cəmiyyətin karetta karetta tısbağalarına göstərdiyi şəfqətin mövzu Hələb, Arakan, Lahor, və ya İstanbul olunca yox olduğunu qeyd etdi.

631166
TBMM Hələbdə olanlara reaksiya göstərdi
levent gök.jpg
erkan akçay.jpg
ahmet aydın.jpg

Türkiyə Böyük Millət Məclisi Suriyanın Hələb şəhərində baş verənlərə reaksiya göstərdi.
 

Türkiyə Böyük Millət Məclisi sədrinin katibi Əhməd Aydın beynəlxalq cəmiyyətin karetta karetta tısbağalarına göstərdiyi şəfqətin mövzu Hələb, Arakan, Lahor, və ya İstanbul olunca yox olduğunu qeyd etdi.
 
Əhməd Aydın: "Parisdə, Brüsseldə bir hücum olanda bütün dünya o təcavüzə qarşı, terrora qarşı birləşərək birgə mübarizə həmrəyliyi nümayiş etdirdi. Lakin təəssüf ki, qərb dünyası mövzu müsəlmanlar olunca, əzilənlər bəlli bir bölgənin xalqı olunca  "Mən Hələbəm" deməkdən çəkinirlər" ifadələrini işlətdi.
 
 Partiyalardan olan millət vəkilləri də Hələbdəki insanlıq dramının təcili şəkildə dayandırılması üçün çağırış etdilər.
 
 Ədalət və İnkişaf Partiyası qrupunun sədr müavini Mehmet Muş: "Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı insan haqları dərsi verir. Amma təəssüf ki, insan haqlarının buradakı pozulmasına qarşı ciddi bir təşəbbüs göstərilmədiyini görürük. Hələbdə soyqırım törədilir. Təəssüf ki, dünya buna qarşı kordur" dedi.
 
 Hələbdə baş verən insanlıq faciəsinə müxalifət partiyalarından də oxşar açıqlamalar gəldi.

Cümhuriyyət Xalq Partiyası qrupunun sədr müavini Levent Gök: "Bu, acı bir fəryaddır, çox mühüm bir insanlıq faciəsidir. Mülki vətəndaşlara qarşı hər növ təhdidin və məhvetmə fəaliyyətlərinin təcili olaraq dayandırılması və müharibə məkanlarından təxliyyələr  bütün dünyanın üzərində dayanması lazım olan bir məsələdir" şəklində danışdı.
 
 Milliyyətçi Hərəkat Partiyası qrupunun sədr müavini Erkan Akçay isə: "Günahsız uşaq, qadın və yaralıları daşıyan konvoya atəş açılmasını şiddətlə qınayırıq. Gözümüzün önündə cərəyan edən bu hadisələr ölkə olaraq birlik və bərabərliyə nə qədər ehtiyacımız olduğunu, ordusuz və dövlətsiz cəmiyyətlərin ayaq altında əzildiyini göstərən çox acı ibrətamiz bir dərsdir" dedi.



Әlaqәli Xәbәrlәr