‘‘Tәәssüf ki, Hələbdə ölən təkcə Hələbli qardaşlarımız deyil bütün bəşəriyyətdir''

Bunu baş nazirin müavini Numan Kurtulmuş deyib.

630739
‘‘Tәәssüf  ki, Hələbdə ölən təkcə Hələbli  qardaşlarımız deyil bütün bəşəriyyətdir''

Baş nazirin müavini  Numan Kurtulmuş  Əl-Cəzirə  televiziya kanalına müsahibә verib.

Numan Kurtulmuş müsahibә zamanı  Hələbdəki insanlıq dramına dair sualları cavablandırıb.

Suriya rejiminә sadiq qüvvələr  başda olmaqla bölgədəki bəzi silahlı qrupların Hələbin şərqindәki  dinç sakinlәrin  təxliyə edilmәsinә mane olduğunu deyən Kurtulmuş bunun Suriya daxilində bir məzhəb qarşıdurmasının başlanğıcı ola bilәcәyi ilә әlaqәdar xəbərdarlıq edib.

Numan Kurtulmuş: ‘‘Tәәssüf  ki, Hələbdə insanlıq ölür. Hələbdə ölən təkcə Hələbli  qardaşlarımız deyil  bütün bəşəriyyət orada ölür’’ deyib.

‘‘Olan Suriya xalqına oldu. Azı  600 min günahsız dinç sakin  həyatını itirdi. O gözəl şəhərlər yox oldu. Suriyada insanlıq ölür. Beynəlxalq ictimaiyyәtә  müraciət etmək istəyirəm. Suriyada bu müharibə davam etdiyi müddətcə dünya, nə qlobal miqrasiya, nə də qlobal terror təhdidindən xilas ola bilmәyәcәk’’  deyә baş nazirin müavini Numan Kurtulmuş qeyd edib.



Әlaqәli Xәbәrlәr