Mövlud Çavuşoğlu vә Con Kerri arasında telefon danışığı olub

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә  ABŞ dövlәt katibi Con Kerri arasında telefon danışığı olub.

630697
Mövlud Çavuşoğlu vә Con Kerri arasında telefon danışığı olub

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә  ABŞ dövlәt katibi Con Kerri arasında telefon danışığı olub.

Diplomatik mənbələrdən verilən məlumata görə, görüş qarşı tәrәfin tәlәbi ilә hәyata keçirilib.

Mәlumatda  Con Kerrinin dekabrın 10-da İstanbulda törәdilәn terror aktı ilә әlaqәdar  Mövlud Çavuşoğluna başsağlığı verdiyi bildirilib.

Hücumun terror tәşkilatı TAX tәrәfindәn törәdildiyini qeyd edәn Mövlud Çavuşoğlu, TAX ,  PYD/YPG  vә PKK arasında  heç bir fәrqin olmadığını vә hamısının eyni terror tәşkilatı olduğunu vurğulayıb.

Mәlumata görә, görüş zamanı başda Hələb olmaqla Suriyadakı aktual proseslər  və siyasi həll səyləri  də müzakirə olunub.

Mövlud Çavuşoğlu  xüsusilə Hələbdən dinc sakinlәrin  təxliyә edilmәsinin  əhəmiyyətini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr