M.Çavuşoğlu: ''PKK-ya dəstək verənlər vətəndaşlıqdan çıxarılacaq''

Türkiyәnin XİN rәhbәri  Mövlud Çavuşoğlu  terror təşkilatı PKK ilə mübarizə çərçivəsində beynәlxalq  tədbirlərin alınacağını bildirib.

630722
M.Çavuşoğlu: ''PKK-ya dəstək verənlər  vətəndaşlıqdan çıxarılacaq''

Türkiyәnin XİN rәhbәri  Mövlud Çavuşoğlu  terror təşkilatı PKK ilə mübarizə çərçivəsində beynәlxalq  tədbirlərin alınacağını bildirib.

Mövlud Çavuşoğlu  PKK-ya dəstək verənlərin vətəndaşlıqdan çıxarılmaları da daxil olmaqla bütün tədbirlərin alınacağını vurğulayıb.

Çavuşoğlu  Avropa ölkələrində PKK-nı pisləmək üçün demokratik reaksiyasını göstərən Türklərə hücum edənləri da müəyyən edərək lazımlı əməliyyatların hәyata  keçiriləcəyini bildirib.

XİN rәhbәri  Türkiyənin tələblərini yerinə yetirməyən ölkələrə isə terrora dəstək verən ölkə kimi baxılacağını bildirib.

Çavuşoğlu  PKK-nın İraqın  Mosul şәhәrinin  Telafer  rayonuna  tәhlukә yaratması  tәqdirdә ‘‘vurarıq’’ xəbərdarlığı edib.

Mövlud  Çavuşoğlu Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün avqustun 24-dә  Türkiyənin liderliyilә başlanılan ‘‘Fərat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә  Әl-Babdan sonra  hədəfin Münbiç olacağını bildirib.



Әlaqәli Xәbәrlәr