Hәlәbin şәrqindә atəşkəsin bərpa olunması barədə razılıq әldә olunub

Rәsmi Ankara  Hәlәbdәki dinc sakinlәrin  bölgədən çıxarılması, arәşkәsin yeninәd  tәmin edilmәsi vә tәhlükәsiz dәhlizin yaradılmadı üçün diplomatiya  sahәsindә danışıqları davam etdirir.

630710
Hәlәbin şәrqindә  atəşkəsin bərpa olunması barədə razılıq әldә olunub

Rәsmi Ankara  Hәlәbdәki dinc sakinlәrin  bölgədən çıxarılması, arәşkәsin yenidәn  tәmin edilmәsi vә tәhlükәsiz dәhlizin yaradılmadı üçün diplomatiya  sahәsindә danışıqları davam etdirir.

" Törәdilәn  cinayәtlәrә  səssiz qalmayacağıq", - deyən  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  həm Birləşmiş Millətlər Təşkilatınını,  həm də beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә  Rusiya  prezidenti  Vladimir Putin arasında telefon danışığı olub.

Әldә olunan mәlumata görә, telefon danışığı zamanı onlar Suriyanın Hələb şəhərindəki   vəziyyəti müzakirə ediblәr.

Görüş zamanı tərəflər Hələbdə dinc sakinlərin və müxalifət qüvvələrinin təhlükəsiz dəhlizlər vasitəsilə təxliyə olunması prosesinin tezliklə başlaması üçün birgə səy göstərməyə qərar alıblar.

Mәlumata görә dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Putinə  təhlükəsiz dəhliz yaradıldıqdan sonra müvəqqəti məskunlaşma və humanitar yardımlar məsələsində Türkiyənin hər cür tədbiri almağa hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr