Çavuşoğlu Hələb mövzusunda telefon danışıqlarını davam etdirir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu telefon danışıqlarında Suriyanın Hələb şəhərindəki şiddətli hücumlara diqqət çəkərək dinc əhalinin təxliyyə edilməsini vurğulayıb.

629908
Çavuşoğlu Hələb mövzusunda telefon danışıqlarını davam etdirir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu telefon danışıqlarında Suriyanın Hələb şəhərindəki şiddətli hücumlara diqqət çəkərək dinc əhalinin təxliyyə edilməsini vurğulayıb.

Nazir Rusiya, Səudiyyə Ərəbistanı və Qətər xarici işlər nazirləri ilə telefonla danışıb.

Lavrov telefon danışığında Çavuşoğluna İstanbulda həyata keçirilən terror hücumunda həyatını itirənlərə görə başsağlığı verib.

Nazirlərin telefon danışığında Suriyanın Hələb şəhərində yaranmış vəziyyət diqqət mərkəzində olub.   

 Çavuşoğlu həmin çərçivədə Suriya rejiminin Hələbdəki şiddətli hücumlarına diqqət çəkərək, dinc əhalinin təxliyyə edilməsinin daşıdığı əhəmiyyəti vurğulayıb.

Çavuşoğlunun Hələbdəki atəşkəsdən əvvəl Səudiyyə Ərəbistanı xarici işlər naziri ilə keçirdiyi telefon danışığında da başda Hələb olmaqla Suriyadakı son vəziyyət müzakirə olunub.

Suriya rejimi və ona dəstək olanların Şərqi Hələbdəki mühasirəsi ilə şiddətli hücumlarının diqqətlə izləndiyini bildirən nazir deyib ki, 2 məhəllədə  sıxışıb qalmış  on minlərlə vətəndaşın qarşıdakı günlərdə hədəf götürülməsindən ciddi narahatlıq duyuruq.

İki nazir də Hələbə qarşı hücumların dərhal dayandırılması və Şərqi Hələbdəki əhalinin təhlükəsiz şəkildə təxliyyənin təcili reallaşması və humanitar yardımların çatdırılması barədə həmfikir olub.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərin XİN rəhbəri Əl Tani ilə keçirdiyi telefon danışığında da Hələb başda olmaqla regional  məsələlər müzakirə olunub.

Çavuşoğlu həmçinin Qətərin Azadlıq Günü münasibəti ilə həmkarını təbrik edib.



Әlaqәli Xәbәrlәr