“BMT-nin Hələbdə yaşananlar qarşısında addım atması önəmlidir”.R.T.Ərdoğan

Ərdoğan Gutterresi BMT-nin Baş katibliyi vəzifəsini and içərək üzərinə götürdüyünə görə təbrik edib.

629897
“BMT-nin Hələbdə yaşananlar qarşısında addım atması önəmlidir”.R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi postunu yeni tutan Antonio Guterresə (Antoniu Qutereş) zəng edərək Hələbdə yaşananlar qarşısında BMT-nin addım atmasının daşıdığı əhəmiyyəti vurğulayıb.

Ərdoğan Gutterresi BMT-nin Baş katibliyi vəzifəsini and içərək üzərinə götürdüyünə görə təbrik edib.

Baş katibə uğurlar diləyən dövlət başçısı Hələbdəki insanlıq faciəsinə də toxunaraq deyib ki, Dəməşq rejimi və ona dəstək olanların Hələbdə həyata keçirdikləri vəhşət bütün dünyanı dəhşətə gətirdi. Şəhərdə insanların təhlükəsizliyi üçün bir sıra addımlar atılmalıdır.

Türkiyənin diqqət mərkəzində bu məsələnin olduğunu bildirən Ərdoğan qeyd edib ki, bu çərçivəsədə qismi olaraq atəşkəs təmin edilməsinə dair razılıq əldə olundu. Dinc əhalinin və müxalifətin təxliyyəsi ilə əlaqəli cəhdlər artırıldı. Daha sonra isə bölgəyə humanitar yardımların çatdırılmasına üstünlük veriləcəkdir.

Hələbdə yaşananlar qarşısında BMT-nin addım atmasının daşıdığı əhəmiyyətə toxunan Ərdoğan mövzuyla əlaqəli olaraq BMT-nin iclas keçirməsini gözlədiklərini bildirib.

Guterres də Suriya və İraqdan gələn qaçqınlar mövzusunda gördüyü işlərlə bütün dünyada təqdirlə qarşılanan Türkiyənin Hələb məsələsindəki həssaslığına şərik olduğunu ifadə edərək, beynəlxalq ictimaiyyətin bu faciəyə sadəcə tamaşa etməməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr