R.T.Әrdoğan: ''Dövlət arxanızdadır"
Bütün Türkiyəni dәrindәn kәdәrlәndirәn İstanbuldakı xain terror aktından sonra dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan polis təşkilatına "dövlət arxanızdadır" deyib.
629175
Bütün Türkiyəni dәrindәn kәdәrlәndirәn İstanbuldakı xain terror aktından sonra dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan polis təşkilatına "dövlət arxanızdadır" deyib.
Rәcәb Tayyib Әrdoğan İstanbulda Çevik Qüvvələr şöbəsinə baş çәkәrәk başsağlığı verib. Dövlәt başçısı bildirib ki: "Zalıma mərhəmət etsəniz məzluma xəyanət etmiş olarsınız"
Təhlükəsizlik qüvvələrinə müraciәt edәn Rәcәb Tayyib Әrdoğan:"Sizə verilmiş hüquqları qətiyyən terrorla mübarizədə istifadə etməkdən çəkinməyin" deyib.
Çevik Qüvvələr şöbəsinə baş çәkәrәk başsağlığı verәn DİN rәhbәri Süleyman Soylu da: "Bu dostlarımızın qanı yerdə qalmayacaq’’ deyib.
Qeyd edәk ki, İstanbulda dekabrın 10-da törәdilmiş terror aktı nәticәsindә 37-si polis olmaqla 44 nәfәr şәhid olmuşdu.