Bu gecə meteorit yağışı var

Geminid meteorit yağışı bu gecə bütün Türkiyədən izlənəcək

629072
Bu gecə meteorit yağışı var

Geminid meteorit yağışı bu gün gecə bütün Türkiyədən izlənəcək.
 
 Egey Dənizi Universiteti Rəsədxanasının direktoru, dosent  Həsən Əli Dal dekabrın 13-dən 14-ə  keçən gecə Geminid meteorit yağışı olacağını və bunun Türkiyənin hər bir guşəsindən müşahidə ediləcəyini bildirdi.
 
Həsən Əli Dal  ulduz sürüşməsinin təxminən hər gün və hər saat yaransa da, bəzən daha tez-tez müşahidə olunduğunu, bəzi xüsusi tarixlər arasında "meteorit yağışı" görüldüyünü qeyd etdi.
 
 Kifayət qədər qaranlıq yerlərdə gecə saat 00.00-dan sonra saatda orta hesabla 50-yə yaxın ulduz sürüşməsi görülə biləcəyini bildirən Həsən Əli Dal meteorit yağışının Gemini ulduzlar dəstəsi  bölgəsində olduğuna görə, ona "Geminid" adı verildiyini də vurğuladı.



Әlaqәli Xәbәrlәr