Xain terror aktları nəticəsində  həyatını itirənlərin sayı 44-ə çatıb

Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində həyatını itirənlərin sayı 44-ə çatıb.

628667
Xain terror aktları nəticəsində  həyatını itirənlərin sayı 44-ə çatıb

Səhiyyə naziri Rəcəb Akdağ verdiyi açıqlamada ölənlərdən 36-nın polis əməkdaşı, 8-nin isə mülki vətəndaş olduğunu bildirib. Akdağın sözlərinə görə xain terror aktları nəticəsində yaralanan 140-dan çox insan isə xəstəxanalarda müalicə olunur.

İstanbulda Çevik Qüvvət Şöbə Müdirliyinə başsağlığı ziyarəti reallaşdıran Daxili İşlər naziri Süleyman Soylu da, terror hücumunun hesabının mərhəmətsizcə soruşulacağını, quldurların kökünü kəsmək üçün heç bir şeydən imtina edilməyəcəyini qeyd edib.

Xatırladaq ki, terror dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib. Terror aktının “Chevrolet” markalı avtomobillə törədildiyi bildirilir. Baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuş terrorçuların 300-400 kq partlayıcı maddədən istifadə etdiyini söyləyib.

 



Әlaqәli Xәbәrlәr