Türkiyə DİN məlumat yaydı

Türkiyənin Daxili İşlər Nazirliyi separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatda 235 nəfərin saxlanıldığını açıqladı.

628898
Türkiyə DİN məlumat yaydı

Türkiyənin Daxili İşlər Nazirliyi separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatda 235 nəfərin saxlanıldığını açıqladı.
 
 Daxili işlər Nazirliyinin məlumatında:" PKK/KCK  terror təşkilatına qarşı 11 şəhərdə həyata keçirilən əməliyyatlarda terror təşkilatı adından fəaliyyət göstərdiyi və sosial media vasitəsilə terror təşkilatını təbliğ etdiyi müəyyən olunan 235 nəfər saxlanılıb" ifadələrinə yer verilir.
 
 İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin dəstələri bir gün əvvəlki  terror hücumundan sonra sosial mediada terror təşkilatı lehinə təbliğat apardığı müəyyən olunan şübhəlilərə qarşı əməliyyata başlamışdı.
 
Sosial mediada terror təşkilatı təbliğatı aparanlara dair məlumatlar Polis Baş İdarəsinin "www.egm.gov.tr" ünvanından, və ya Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin  "siberegm.gov.tr" mail ünvanından verilə bilər.



Әlaqәli Xәbәrlәr