İstanbuldakı xain terror hücumundan sonra Avropa Parlamentinə mənalı çağırış

İstanbulda həyata keçirilən xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası da davam edir.

628265
İstanbuldakı xain terror hücumundan sonra Avropa Parlamentinə mənalı çağırış

İstanbuldakı xain terror hücumundan sonra Avropa Parlamentinə mənalı çağırış edilib.

Xain hücuma sosial şəbəkə vasitəsilə reaksiya göstərən Avropa Parlamentinin Çexiyadan üzvü Tomas Zdechovsky terror təşkilatı PKK-nın Parlamentdəki fəaliyyətlərinin qadağan edilməsini istəyib. O, PKK-nın Avropa İttifaqının terror təşkilatları siyahısında yer aldığına diqqət çəkib.  “Terrorçulara artıq tolerantla yanaşılmamalıdır. PKK və DEAŞ-ın qarşısını alın və Avropa Parlamentində qadağa qoyun” deyə Tomas Zdechovsky vurğulayıb. Bildirib ki, əsla terroru dəstəkləməyəcəyik. Dinc əhalini hədəf götürən İstanbuldakı terrorun Paris və Brüsseldəki hücumlardan fərqi yoxdur. Terror əsla uğurlu ola bilməz. Terrorçular əsla qazana bilməz.

Çexiyalı siyasi xadimin mesajı Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Türkiyədə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdır.

Çavuşoğlu mesajında “Təşəkkür edirəm Tomaj, Avropa İttifaqı qurumları və üzv dövlətlərdən görmək istədiyimiz şey də düz budur” ifadəsini yazıb.

Xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası da davam edir.

İstanbulda həyata keçirilən xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası da davam edir.

Qətər Əmiri Şeyx Bin Haməd Al Sani və Fələstin Dövlət rəhbəri Mahmud Abbas ilə “Həmas”ın siyasi büro sədri Xalid Meşal Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək İstanbuldakı terror hücumu ilə əlaqəli baş sağlığı veriblər.

Almaniya kansleri Angela Merkel də Dövlət başçısı Ərdoğana zəng edərək, hücumdan dərin kədər duyduqlarını və Türkiyə ilə həmrəy olduqlarını bildirib.

Yunanıstanın Baş naziri Aleksis Çipras da Baş nazir  Binəli Yıldırıma zəng edərək, başda hücumda həyatını itirənlərin yaxınları olmaqla bütün Türk xalqına və hökumətinə başsağlığı verib.

Kosova, İordaniya və İspaniyanın xarici işlər nazirləri də Xarici İşlər naziri Mövlud Çavuşoğluna zəng edərək, xain terror hücumunu pisləyiblər və terrora qarşı Türkiyə ilə həmrəy olduqlarını ifadə ediblər.



Әlaqәli Xәbәrlәr