Türkiyədən Panos Kammenosa sərt reaksiya

Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstanın müdafiə naziri Panos Kammenosa sərt reaksiya verərək, Türkiyə ilə bağlı dediklərinin təxribat olduğunu bildirdi.

627416
Türkiyədən Panos Kammenosa sərt reaksiya

  Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstanın Müdafiə Naziri Panos Kammenosa sərt reaksiya verərək Türkiyə ilə bağlı dediklərinin təxribat olduğunu bildirdi.
 
 Nazirliyin bəyanatında: " Yunanıstan müdafiə nazirini tərbiyə, təfəkkür və məsuliyyətdən məhrum yeni bəyanatlarına görə qınayırıq. Yunanıstan ilə bir çox mühüm ikitərəfli və regional məsələdə konstruktiv əməkdaşlıq həyata keçirməyə çalışdığımız bir vaxtda, adı keçən şəxsin ölkəmizə qarşı məsuliyyətsiz bəyanatları təxribat xarakteri daşıyır və bütün səyləri məhv etməyə yönəlib. Biz Yunanıstandan bu növ məsuliyyətsiz bəyanatlar əvəzinə, əməkdaşlığı və birgə anlayışı gücləndirəcək konkret addımlar gözləyirik" ifadələrinə yer verilir.
 
 Yunan nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha əvvəl Lozanna Müqaviləsi ilə bağlı söylədiklərini təhrif edərək: "lazım olsa, Sevr Müqaviləsinə qayıda bilərik" deyib.
 
 Qeyd edək ki, bu hadisə Yunanıstan nazirinin ilk qalmaqalı deyil.
 
 Kipr (Kıprıs) məsələsi və prezident Ərdoğan haqqında müxtəlif tarixlərdə həddini aşan ifadələr işlədən Kammenosa Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq edilib.
 
 Bu xəbərdarlıqlarda:"Kammenosu bir daha, dövlət məsuliyyətinə və ciddiyyətinə uyğun hərəkət edərək, bundan sonra bu növ bəyanatlar və hərəkətlərdən imtina etməyə dəvət edirik" ifadələrinə yer verilib.



Әlaqәli Xәbәrlәr